AEM əməkdaşları Avrasiya Əczaçılıq Sammitində iştirak etdilər
Özbəkistanın Daşkənd şəhərində 17-19 Sentyabr 2024-cü tarixlərində Avrasiya Əczaçılıq Sammiti keçirilib. Tədbirdə Özbəkistanın, Qazaxıstanın,Qırğızıstanın,Moldovanın və Azərbaycan Respublikasının dövlət rəsmiləri və müxtəlif dərman şirkətlərinin nümayəndələri iştirak ediblər. Üç gün davam edən tədbirdə müxtəlif ölkələrin əczaçılıq bazarlarının tənzimlənməsi üçün strategiyalar, dərman vasitələrinin qeydiyyatı və yenidən qeydiyyatının tənzimləyici aspektləri, dərmanların qiymətlərinin, dərman vasitələrinin təqib və izlənməsi, dövlət satınalma sisteminin inkişafı və digər aktual mövzularda müzakirələr aparılmış və müxtəlif mövzularda aidiyyəti dövlət təşkilatları və şirkətlər tərəfindən təqdimatlar keçirilib.
Azərbaycan nümayəndə heyəti Mərkəzin Baş direktorunun müavini Fəxri Məhərrəmov, Keyfiyyəti idarəetmə şöbəsinin müdiri Şamil Aydəmirov, Farmakonəzərət şöbəsinin müdiri Fərid Həsənov, İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsinin müdir müavini – Əczaçılıq, ekspertiza və digər xidmətlər sektorun müdiri Mətin Bədəlov və həmin sektorun baş məsləhətçisi Vüsal Dəmirovla təmsil olunub.
Nümayəndə heyəti “Səhiyyə sistemində islahatlar və pasiyentlərin dərman təminatına yanaşmalar”, “Dərman vasitələrin təqib və izlənməsi”, “Dərman vasitələrinin qeydiyyatı”, “Farmakonəzarət aspektləri”, “Dərman vasitələrinin qiymətlərinin tənzimləniməsi” mövzularında keçirilən müzakirələrdə iştirak edib.
Bununla yanaşı 18.09.2024-cü tarixdə Azərbaycan nümayəndə heyəti üçün ayrılan xüsusi vaxt ərzində müxtəlif şirkət nümayəndələrinin sualları cavablandırılıb, Mərkəzin fəaliyyət istiqamətinə dair ətraflı məlumatlar verilib.