“Dərman vasitələrinin təqib və izləmə sistemi” üzrə təlimlər davam etdirilir
Dərman vasitələri dövriyyəsinin təhlükəsizliyinin təmin edilməsi və qaçaqmalçılığının qarşısının alınması məqsədilə dərman vasitələrinin istehsalından və ya idxalından son istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərin real vaxt rejimində izlənilməsini təmin edən “Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi” 01 yanvar 2024-cü il tarixindən etibarən mərhələli olaraq tətbiq olunmaqdadır.
Bu xüsusda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin təqib və izləmə şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq, “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin bütün iştirakçılarına təlimlər və maarifləndirici tədbirlər keçirilir. Növbəti təlim 2024-cü ilin 25 may tarixində özəl tibb müəssisələrinin nümayəndələri üçün təşkil edilib. Ümumilikdə 46 özəl tibb müəssəsindən, 63 nümayəndənin iştirak etdiyi təlimdə “Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi”nin istifadə qaydası başlanğıcdan sonlandırmaya qədər bütün proses əyani olaraq nümayiş etdirilib, yaranan suallar cavablandırılıb. Sistem fəaliyyətə başalayan müddət ərzində istifadəçilərin qarşılaşdığı çətinliklər və problemlər müzakirə olunub.